Azərbaycanda pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması ilə bağlı qərar qəbul edildi.
Eləcə də bax: AMB maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtını uzadıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu məqsədilə Azərbaycan Mərkəzi Bankının banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50% aşağı salınması qərarı 01 aprel 2021-ci il tarixinədək uzadılmışdır.
Qeyd edək ki, bununla bağlı AMB həftənin çərşənbə günü açıqladığı press-relizdə bildirir.