Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 39,5 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 17 milyon ABŞ dolları və ya 30,1% azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 56,5 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
Təkcə mart ayında 15,9 milyon dollarlıq pambıq mahlıcı ixrac olunub ki, bu da illik 7 milyon dollar (30,6%) azdır.
Ötən ilin mart Azərbaycandan xarici ölkələrə 22,9 milyon ABŞ dolları dəyərində pambıq mahlcı ixrac edib.