Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 24,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin üç ayı ilə müqayisədə 16,2 milyon ABŞ dolları və ya 39,9 azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 40,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.