Bazarda və marketlərdə soğanın qiyməti 1 manat - 1,30 qəpik arasında dəyişir.
Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
FED.az xəbər verir ki, hətta kiloqramı 1.80-ə satılan soğan da var.
Satıcılarla söhbətimiz əsnasında öyrəndik ki, bazarda ancaq yerli soğan satılır. Bu il xaricdən idxal edilən soğan demək olar ki, yoxdur.
Satıcılar deyirlər ki, bahalaşmaya səbəb bu il yerli növ soğanın az olmasıdır.
Qeyd edək ki, qiyməti tənzimləmək və bahalaşmanın qarşısını almaq üçün Nazirlər Kabineti yeni qərar qəbul edib. Qərara əsasən yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla digər bütün soğan növləri idxal gömrük rüsumundan azad edilib. Yeni qərar soğan idxalını artıraraq daxili bazarda qiymətin sabitləşməsinə gətirib çıxaracaq. Ölkəyə idxal olunan soğan bu il mayın 1-dək gömrük rüsumundan azaddır. (Xezerxeber.az)