Nazirlər Kabineti, “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilb.
Azərbaycanda soğan ixracına müvəqqəti qadağa qoyulması təklif edilir
FED.az xəbər verir ki, dəyişikliyə görə, Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib.
"“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur",- Nazirlər Kabinetinin şərhində deyilir.