2024-cü ilin yanvar-mart aylarında xarici ölkələrə 31,6 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 milyon dollar və ya 14,5% azalıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 37 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.
Təkcə mart ayında 9,2 milyon dollarlıq meşə fındığı ixrac edilib ki, bu da illik müqayisədə 4,5 milyon dollar və ya 32,8% çoxdur.
Ötən ilin mart ayında 13,7 milyon dollarlıq meşə fındığı ixrac edilmişdi.