Ötən ilin son rübündə ABB-nin depozit portfeli 9 milyard 396 milyon 186 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfelinin 2 milyard 154 milyon 194 min manatı fiziki şəxslərin, 7 milyard 241 milyon 992 min manatı hüquqi şəxslərin payına düşüb.
Fiziki şəxslərin əmanətləri son bir ildə 247 milyon 115 min manat (13%) artıb.