2023-cü ilin sonunda ABB 13 milyard 668,2 milyon manat aktivlərə malik olub.
Aktivlərin 4 milyard 70 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 284 milyon manatını ticarət və qiymətli kağızlar, 1 milyard 845 milyon 788 min manatını banklar və digər maliyyə insitutları qarşısında depzoitlər 23 milyon 484,5 min manatını banklar və digər maliyyə insitutlarına verilən kreditlər təşkil edib.
Əvvəlki illə müqayisədə nağd pul vəsaitləri 136 milyon 953 min manat (3,5%), banklar və digər maliyyə insitutlarına verilən kreditlər isə 11 milyon 630 min manat (98,1%) böyüyüb.
ABB 2023-cü ilin IV rübündə cəmi 5 milyard 48 milyon 772 min manat kredit portfelinə malik olub. Bankın kredit portfeli son bir il ərzində 1 milyard 518 milyon 189 min manatdan çox və ya 43% böyüyüb.
Kredit portfelinin 1 milyard 370 milyon 120 min manatını istehlak, 2 milyard 504 milyon 615 min manatını biznes, 1 milyard 174 milyon 36 min manatını ipoteka (daşınmaz əmlak) kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 397 milyon 412 min manat (40,9%), 866 milyon 678 min manat (52,9%), ipoteka kreditləri isə 254 milyon 100 min manat (27,6%) böyüyüb.
Bankın xalis kredit portfeli isə 4 milyard 684 milyon 79 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 1 milyard 446 milyon 338 min manat (44,7% çoxdur.
Qeyd edək ki, ümumi kredit portfelinin 364 milyon 693 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat məbləği təşkil edib.
Əmlak və avadanlıqlar üzrə aktivlər 184 milyon 632 min manat, qeyri-maddi aktivlər 13 milyon 875 min manat, digər aktivlər isə 603 milyon 962 min manat təşkil edib. Əmlak və avadanlıqlar üzrə aktivlərin həcmi son bir ildə 387 min manat (0,2%), digər aktivlərin həcmi isə 179 milyon 071 min manat (42,1%) artıb.