Azərbaycanın ən böyük bankı olan ABB ASC-nin (Azərbaycan Beynəlxaql Bankı) 2023-cü ilin son rübündə maliyyə vəziyyəti məlum olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ABB 2023-cü ilin IV rübündə cəmi 5 milyard 48 milyon 772 min manat kredit portfelinə malik olub. Bankın kredit portfeli son bir il ərzində 1 milyard 518 milyon 189 min manatdan çox və ya 43% böyüyüb.
Kredit portfelinin 1 milyard 370 milyon 120 min manatını istehlak, 2 milyard 504 milyon 615 min manatını biznes, 1 milyard 174 milyon 36 min manatını ipoteka (daşınmaz əmlak) kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 397 milyon 412 min manat (40,9%), 866 milyon 678 min manat (52,9%), ipoteka kreditləri isə 254 milyon 100 min manat (27,6%) böyüyüb.
Bankın xalis kredit portfeli isə 4 milyard 684 milyon 79 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 1 milyard 446 milyon 338 min manat (44,7% çoxdur.