Azərbaycanda ötən il dövriyyədə olan kağız və metal pullar 17 milyard 449 milyon 91 min manat olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinadən xəbər verir.
Məlumata görə bu göstərici illik müqayisədə 130 milyon 896 min manat və ya 0,8% artıb.
2023-cü ildə dövriyyədə olan kağız və metal pullar 17 milyard 318 milyon 195 min manat olub.
31 dekabr 2024-cü il tarixində tamamlanan il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) çap şirkətlərindən 84 milyon 140 min manat məbləğində yeni kağız və metal pul nişanları təhvil alıb. Əvvəlki ildə bu göstəricinin həcmi 550 milyon 960 min manata bərabər idi. İl ərzində göstəricilərdə 466 milyon 820 min manat (6,5 dəfə) azalıb.