Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 163 milyon 945 min manat olub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 52 milyon 474 min manat və ya 24,2 % azdır.
Qeyd edək ki, ötən ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 216 milyon 419 min manat olub.