Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Biznes

  1. Ana səhifə
  2. Biznes
  1. Biznes

Ötən il Azərbaycanın kreativ iqtisadiyyatdan gəlirləri - 1,5 MLRD. MANATA YAXIN OLUB

Ötən il Azərbaycanın kreativ iqtisadiyyatdan gəlirləri - 1,5 MLRD. MANATA YAXIN OLUB | FED.az
12:52 12 May 2022

FED.az xəbər verir ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə ölkəmiz üçün yeni anlayış olan kreativ iqtisadiyyatla bağlı “vergiler.az”a danışıb:

Eləcə də bax: Azərbaycanda kreativ sahibkarların reyestri - YARADILA BİLƏR

“Yaradıcı məhsulların əhatə dairəsi kifayət qədər genişdir. Ənənəvi kontekstdə baxsaq, sənət məhsulları, yəni xalq yaradıcılığı – əl işləri, rəsm əsərləri, musiqi xidməti və məhsulları, audiovizual məhsul və xidmətlər, nəşr məhsulları, foto xidməti və məhsulları, muzey, kitabxana, teatr, qoruq-abidə xidmətləri, dəb geyimləri xidmətləri və s. təqdim edilir. Müasir kontekstdən yanaşılsa, texnologiyanın dəstəyi ilə formalaşan kreativ məhsul və xidmətlər – dizayn məhsulları və xidmətləri, onlayn reklam, media xidmətləri, kontentə bağlı olan bütün növ xidmət və məhsullar və s. təqdim olunur. Bu sahənin iqtisadi gücünün dəqiq müəyyən edilməsində bir sıra çətinliklər var ki, hazırda dövlət təşkilatları ilə bu istiqamətdə iş aparılır.

fhj

Dizayn, nəşriyyat və kitab, kontent əsaslı SMM məhsullarının hazırlanması, daha dəqiq desək, marketinq sahəsi və startap yönümlü kreatek hazırda sürətlə inkişaf edən kreativ iqtisadiyyat sahələridir. Fərdi audiovizual məhsulların istehsalı və onların sosial platformalar üzərindən təqdim edilməsi də geniş yayılmaqdadır. Nəzərə alsaq ki, bu sahələrə daha çox gənclər üstünlük verir, kreativ sənayenin iqtisadiyyat və məşğulluq baxımından perspektivləri çox böyükdür. Bununla yanaşı, ənənəvi sənətkarlıq sahələrinin inkişafı da çox perspektivlidir. Postpandemiya dövründə turizmin canlanması bu sahədə xidmət və məhsulların təqdim edilməsi, eləcə də vətəndaşlarımızın bundan gəlir götürməsi imkanlarını artıracaq.

Azərbaycanda bu sahə yenicə sənaye və ya iqtisadiyyatın bir parçasına çevrilib. Yaradıcı iqtisadiyyatın təməl çərçivəsi və məzmunu əqli mülkiyyət hüquqlarının qorunmasından keçir. İnkişaf səviyyəsini dəyərləndirsək, etiraf etməliyik ki, həm hüquqi mexanizmlərin təkmilləşdirilməsi, həm əlverişli mühitin yaradılması, həm də institusional tərəfdaşlıq təcrübəsinin tətbiqi baxımından uzun bir yol keçməliyik. Yəni böyük potensial var, amma onun monetizasiyası üçün əlverişli şərait yaradılmaldır. Bu baxımdan, həm KOBİA, həm İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları, həm Mədəniyyət Nazirliyi, həm də Əqli Mülkiyyət Agentliyi ilə sıx təmasdayıq.

Dövlət Statistika Komitəsininin iqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT) sənədindən seçilmiş yaradıcı fəaliyyət sahələri üzrə gəlir və istehsal, gəlirlilik və məşğulluq göstəricilərində müəyyən artımların baş verdiyini görmək mümkündür. Yaradıcı fəaliyyət sahələri üzrə malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər 2017-ci ildə 1 milyard 89 milyon 459,4 min manat, 2018-ci ildə 1milyard 285 milyon 607,7 min manat, 2019-cu ildə 1 milyard 732 milyon 839,8 min manat, 2020-ci ildə 1 milyard 368 milyon 360,3 min manat, 2021-ci ildə isə 1 milyard 430 milyon 469,3 min manat təşkil edib. Ancaq bu rəqəmlər də dəqiq mənzərəni ifadə etmir. Əqli Mülkiyyət Agentliyindən aldığımız məlumata görə, faktiki rəqəmlər daha yüksəkdir. Pandemiyanın təsirlərini nəzərə almasaq, yaradıcı sənayelərlə birbaşa bağlı olan və birbaşa bağlı olmayan, lakin fəaliyyətində bu sahələrdən yararlanan iqtisadi istiqamətlərdə artımların baş vermə səbəbini reklam, marketinq, dizayn və SMM xidmətlərinə böyük önəmin verilməsi, turizm sənayesinin inkişafı ilə əlaqələndirmək olar. Texnoloji həllərin artması, yaradıcı sənayelər sahəsində milli bazar iştirakçılarının beynəlxalq bazarlara öz xidmətlərini asanlıqla çıxarması üçün yaranmış təbii şəraiti də artımlara təsir edən səbəb kimi göstərə bilərik. Bütün bunlara baxmayaraq, koronavirus pandemiyası səbəbindən sosial təcrid məcburiyyətinə görə bütün sahələrdə olduğu kimi yaradıcı sənayelərın inkişafında da müəyyən azalmalar baş verib.

photo5467489794851453778

Əvvəlcə bunu qəbul etməliyik ki, yaradıcı sənayelər fərdi yaradıcılığa, bacarıq və istedada əsaslanan, yaxud mülkiyyətin inkişafı və ya istehsalı vasitəsilə sərvət, iş yerləri yaratmaq potensialına malikdir. Bu baxımdan, Azərbaycan xalqının zəngin yaradıcılıq irsi, ölkəmizdə mövcud multikultural mühit, mədəni özünüifadə müxtəlifliyinin dəstəklənməsi, əhalinin əksər hissəsinin təhsilli və internetə çıxışının olması ölkədə bu sahələrin inkişafı üçün münbit ekosistemin mövcudluğunu şərtləndirir. Kreativ iqtisadiyyatın inkişafına zəmin yaradan digər amil kimi iqtisadiyyatın diversifikasiyası fonunda qeyri-neft ixracatının artmasına, innovasiyaların tətbiqinə və insan kapitalının inkişafına dövlət dəstəyini qeyd etmək olar. Azərbaycanda bu sahənin iqtisadi dəyərinin mərkəzləşdirilmiş formada hesablanması, sistemli statistikanın formalaşdırılması və ümumilikdə sahənin iqtisadi resurs nöqteyi-nəzərdən inkişafı üçün konkret addımların atılması vacibdir.

Etiraf etməliyik ki, hazırda milli səviyyədə yaradıcı sənayelərə dair əhatəli statistikanın mütəmadi dərc edilməməsi bu sektor üzrə inkişaf proseslərinin ölçülməsinə tam imkan vermir. UNCTAD-ın hesabatına görə, Azərbaycanın 2014-cü ildə yaradıcı sənayelər üzrə məhsul idxalı 138,04 milyon, ixracı isə 3,95 milyon ABŞ dolları olub. Nəticədə yaradıcı sənayelər üzrə 134,09 milyon ABŞ dolları dəyərində mənfi ticarət balansı əmələ gəlib. Yaradıcı sənayelərin Azərbaycan iqtisadiyyatındakı payının müəyyən edilməsinə dair 2017-ci ildə Avropa İttifaqı tərəfindən Azərbaycan üzrə “Mədəniyyətin inkişafı indikatorları” hesabatı hazırlanıb. Hesabatda 2016-cı il üçün yaradıcı sənayelərin rəsmi olaraq ÜDM-dəki payının 1%, yəni 374 milyon ABŞ dolları olduğu qeyd edilib.

2019-cu ildə aparılmış Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının Metodik Göstərişlərinə əsaslanan araşdırmada kreativ iqtisadiyyatın Azərbaycanda 2015-ci il üzrə ÜDM-də payının 5,1% təşkil etdiyi bildirilir. Araşdırma göstərir ki, 2003-cü ildən 2015-ci ilədək (2015-ci il də daxil olmaqla) kreativ sənayenin artımı 220,5 milyon manatdan 2 milyard 815,9 milyon manata, yəni 13 dəfə yüksəlib. Başqa bir məlumatda yaradıcı fəaliyyət sahələri üzrə gəlir və istehsal, eləcə də məşğulluq üzrə 2020-ci il göstəricilərinə əsasən, ölkəmizdə yaradıcı sənaye sahələrindən əldə edilmiş gəlir təqribən 1.4 milyard manat təşkil edir və payı ÜDM-də 1,88%-dir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanova istinad etsək, kreativ sənayenin ÜDM-də payının 2010-cu ildə 3,5 faiz, 2015-ci ildə 5,1 faiz, 2020-ci ildə 5,3 faiz olduğunu, Azərbaycanın müəllif layihələrinin ÜDM-də payının isə 2010-cu ildə 1,8 faiz, 2015-ci və 2020-ci ildə 2,9 faiz təşkil etdiyini görərik. Yuxarıdakı fərqli rəqəmlərdən də göründüyü kimi, yaradıcı sənayelər iqtisadi blok olaraq kateqoriyalaşdırılmadığı üçün İFNT siyahısı üzrə toplanan rəqəmlərdə fərqli mənzərələr yaranır. Beynəlxalq təcrübənin nəzərə alınması ilə Azərbaycanda bu sənaye sahələrində dəqiqləşdirilmiş əhatəli statistik məlumatların toplanılması təcrübəsinin 7 əsas sahə üzrə ölçülər (iqtisadiyyat, təhsil, idarəçilik, sosial iştirak, gender bərabərliyi, kommunikasiya və irsin mühafizəsi) və bu ölçülər üzrə 22 indikatoru əhatə edən UNESCO-nun Mədəniyyət İnkişafı İndikatorları metodoloji təlimatına uyğun olaraq yenidən təşkili nəzərdən keçirilməlidir. Ölkəmizdə yaradıcı sənayelər sahəsində peşəkar sahəvi təşkilatların və birliklərin, ticarət assosiasiyalarının olmaması və ya zəif olması da sahələr üzrə müfəssəl statistik göstəriciləri, inkişaf məlumatlarını əldə etməyə imkan vermir. Sektor üzrə əhatəli statistikaya nail olmaq üçün sistemli fəaliyyətlərin görülməsinə ehtiyac var. Xüsusilə peşəkar təşkilatlar bu məsələlərdə dövlətə, dövlət isə öz növbəsində peşəkar təşkilatların fəaliyyətinə dəstəyi artırmalıdır.

– Ümumiyyətlə, biz müasir əmək bazarında ciddi keyfiyyət və məzmun dəyişikliyinin şahidi oluruq. Artıq bir sıra peşələr bazardan çıxaraq yeni peşələrlə əvəzlənir və bu proses birbaşa təhsil proseslərinə təsir edir. Bu baxımdan beynəlxalq əmək bazarında prosesləri diqqətlə izləmək lazımdır və gələcək planlaşmanı da ona uyğun qurmaq tələb olunur. Avropa statistikasına baxsaq, 2011-2017-ci illər arasında yaradıcı məşğulluq sahəsində ümumilikdə 800.000-dən çox artım olub, bu sahədə çalışanların sayı 7,852 milyondan 8,658 milyona çatıb. Son beş ildəki dəyişiklikləri və rəqəmsal transformasiyanı nəzərə alsaq, bu göstərici daha da artıb. Milli səviyyədə baxsaq, ölkəmizdə yaradıcı sənaye sahələrində 2020-ci il göstəricilərinə əsasən, 88.000 muzdlu insan və fərdi sahibkar çalışıb, 2021-ci ildə isə bu rəqəm 98.806 olub. Bu, yaradıcı fəaliyyətlər və onunla əlaqədar olan iqtisadi fəaliyyət sahələrinə dair əldə edilmiş göstəricidir. Buraya qeyri-yaradıcı sektorlarda yaradıcı peşələr üzrə çalışan şəxsləri əlavə etsək, məşğulluq göstəriciləri ilə yanaşı ÜDM-də pay və gəlirlilik göstəricilərində də artımın olduğunu görə bilərik. Bunun mümkün olması üçün, sözsüz ki, haqqında bəhs etdiyim beynəlxalq təcrübəyə əsaslanan statistika toplanılması təcrübəsinin tətbiqini reallaşdırmaq lazımdır. Bu işdə aidiyyəti qurumların iştirakı ilə beynəlxalq təcrübədən istifadə edərək milli qaydaların işlənilməsi zəruridir. Digər ən vacib məsələ müasir gənclərin yanaşmasındakı transformasiyadır. Yəni gənclər bütün dünya üzrə artıq sərbəst işlərə (freelance) üstünlük verməyə başlayıblar. Onlar öz beyin və xidmətlərini artıq aylıq məvacib üçün deyil, günlük və daha qısa müddət üçün təqdim edirlər. Gənclər müasir texnoloji vasitələrlə əmək bazarında yeni özünüməşğulluq sistemi qururlar. Bu faktorun iqtisadi siyasət və fəaliyyət sahələrində nəzərə alınması qaçılmazdır”.

Banner
Banner
  • kreativ
  • iqtisadiyyat
  • gəlirlər
  • Vasif Eyvazzadə
Paylaş

Digər xəbərlər

Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
Biznes 4 Fev 2023
Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
Özü yox, qiyməti göz yaşardır - VİDEO
Biznes 4 Fev 2023
Özü yox, qiyməti göz yaşardır - VİDEO
Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
Biznes 4 Fev 2023
Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
Bu şirkət nizamnamə kapitalını 750 min manat azaltdı
Biznes 4 Fev 2023
Bu şirkət nizamnamə kapitalını 750 min manat azaltdı
Azərbaycanın milyonluq şirkətinin  - Rəhbərliyi Yenidən Formalaşdırılacaq
Biznes 2 Fev 2023
Azərbaycanın milyonluq şirkətinin - Rəhbərliyi Yenidən Formalaşdırılacaq
İsveçdə müflisləşən şirkətlərin sayı - REKORD HƏDDƏ ÇATDI
Biznes 2 Fev 2023
İsveçdə müflisləşən şirkətlərin sayı - REKORD HƏDDƏ ÇATDI
Fərdi sahibkarlara verilən kreditlərin həcmi - 2.2 MLRD. MANATA ÇATIB
Biznes 2 Fev 2023
Fərdi sahibkarlara verilən kreditlərin həcmi - 2.2 MLRD. MANATA ÇATIB
“OBA” Atyalı qəsəbəsində yeni filialını - MÜŞTƏRİLƏRİNİN İXTİYARINA VERDİ! - VİDEO
Biznes 2 Fev 2023
“OBA” Atyalı qəsəbəsində yeni filialını - MÜŞTƏRİLƏRİNİN İXTİYARINA VERDİ! - VİDEO
“Biznesə daxilolma” işçi qrupunun - İCLASI OLUB
Biznes 2 Fev 2023
“Biznesə daxilolma” işçi qrupunun - İCLASI OLUB
Sahibkarlar AQTA-nın xidmətləri üçün "Bakı KOB evi"nə - MÜRACİƏT EDƏ BİLƏRLƏR!
Biznes 2 Fev 2023
Sahibkarlar AQTA-nın xidmətləri üçün "Bakı KOB evi"nə - MÜRACİƏT EDƏ BİLƏRLƏR!
"İndi özüm sahibkaram. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm”
Biznes 2 Fev 2023
"İndi özüm sahibkaram. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm”
“EuroHome”dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Biznes 1 Fev 2023
“EuroHome”dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Kapital Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 5 Fev 2023
  • "Foodini" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
    20:27 5 Fev 2023
  • "Azərbaycan Dəmir Yolları" QSC işçilər axtarır - VAKANSİYALAR
    20:23 5 Fev 2023
  • "Cyberpoint" işçi axtarır - MAAŞ 1500-1800 MANAT - VAKANSİYA
    20:21 5 Fev 2023
  • "Olivia Beauty & Care" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
    20:18 5 Fev 2023
  • "Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
    20:13 5 Fev 2023
  • Azərbaycanda 1000 manatlıq əmək haqqı ilə - SÜRÜCÜ AXTARILIR - VAKANSİYA
    20:07 5 Fev 2023
  • Ağalarovların şirkəti işçi axtarır - MAAŞ 1500 MANAT- VAKANSİYA
    20:04 5 Fev 2023
  • "Global Plus" işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA
    20:00 5 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    19:22 5 Fev 2023
  • Təcili: Gömrük Komitəsi xaricdən Azərbaycana gətirilən mobil telefonlar barədə - AÇIQLAMA YAYDI - VİDEO
    21:30 4 Fev 2023
  • "Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
    21:15 4 Fev 2023
  • Dövlət qurumları və özəl şirkətlər yüksək maaşla işçilər axtarır - MAAŞ 2000-2500-3000-3500 MANAT - VAKANSİYALAR
    21:06 4 Fev 2023
  • "Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    21:03 4 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
    21:01 4 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    20:56 4 Fev 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:49 4 Fev 2023
  • "Aztelekom" işçi axtarır - VAKANSİYA
    20:47 4 Fev 2023
  • "Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
    20:40 4 Fev 2023
  • "Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
    20:36 4 Fev 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:31 4 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    18:16 4 Fev 2023
  • Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”
    13:52 4 Fev 2023
  • Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
    13:34 4 Fev 2023
  • Qeri Cons: "bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır"
    13:21 4 Fev 2023
  • Xocalıda şirkət maşını dərəyə aşdı - YARALI VAR
    13:03 4 Fev 2023
  • «Rabitəbank» kartlarında – 5-10%-LİK YENİ KEŞBEKLƏR - SİYAHI
    13:00 4 Fev 2023
  • "Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
    12:55 4 Fev 2023
  • Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"
    12:51 4 Fev 2023
  • “ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
    12:39 4 Fev 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:24 4 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    12:23 4 Fev 2023
  • Qlobal ərzaq qiymətləri - 10 AYDIR AŞAĞI DÜŞÜR
    12:20 4 Fev 2023
  • Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
    12:08 4 Fev 2023
  • TamGənc kartını ABB-dən - PULSUZ ƏLDƏ ET!
    12:00 4 Fev 2023
  • Avropada 50 bankomatı partladan qrup – ƏLƏ KEÇİRİLİB
    11:59 4 Fev 2023
  • Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
    11:52 4 Fev 2023
  • “Skaz Autohouse” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:47 4 Fev 2023
  • “Cash by Code” xidməti - YELO MOBİL TƏTBİQİNDƏ
    11:41 4 Fev 2023
  • SOCAR və TPAO daha bir sahədə - ƏMƏKDAŞLIQ EDƏCƏK
    11:37 4 Fev 2023
  • "Azma Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
    11:34 4 Fev 2023
  • Naxçıvan Maliyyə Nazirliyində - YOXLAMA BAŞLAYIB
    11:32 4 Fev 2023
  • "Aklab Baku" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:28 4 Fev 2023
  • Gürcüstanda da - ÇÖRƏK BAHALAŞDI - STATİSTİKA
    11:25 4 Fev 2023
  • Bakı Metropoliteni – TENDER ELAN ETDİ
    11:20 4 Fev 2023
  • Azərbaycanda 18 min nəfərin ürəyi tibbi sığorta ilə - PULSUZ ƏMƏLİYYAT EDİLİB
    11:19 4 Fev 2023
  • Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
    11:14 4 Fev 2023
  • Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
    11:13 4 Fev 2023
  • "Instagram"da mavi işarə - ÖDƏNİŞLİ OLACAQ
    11:03 4 Fev 2023
  • Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK
    10:56 4 Fev 2023
  • Dövlət Məşğulluq Agentliyi – TENDER ELAN ETDİ
    10:55 4 Fev 2023
  • Sumqayıtda gediş haqqının 20 qəpik artırılması ilə bağlı - AÇIQLAMA
    10:50 4 Fev 2023
  • Bakıdakı bu "Asan Xidmət"ə təmizlik xidmətinə 200 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:47 4 Fev 2023
  • Güclü qar Şamaxıda yolları bağlayıb – VİDEO
    10:47 4 Fev 2023
  • ABŞ rəsmisindən Türkiyə banklarına - XƏBƏRDARLIQ
    10:43 4 Fev 2023
  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!