2024-cü ildə Azərbaycanda fiziki şəxslərin aldığı istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə Hesabatı - 2024”b buraxılışına istinadən xəbər verir.
Məlumata görə, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 33 faiz bəndi artaraq 48 %-ə yüksəlib. 2023-cü ildə bu rəqəm 15% olub.
Kreditlərin məbləği üzrə isə 27 faiz bəndi artaraq 65 %-ə çatıb. Əvvəlki ildə isə bu göstərici 38% idi.