Bu ilin aprelin 1-nə Azərbaycan banklarının ipoteka (daşınmaz əmlak) kredit portfeli 4 milyard 338,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 67,1 milyon manat (1,6%), ötən ilin sonu ilə müqayisədə 93 milyon manat (2,2%), illik müqayisədə 579,3 milyon manat (24%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin martın 1-nə 4 milyard 271,4 milyon manat, yanvarın 1-nə 4 milyard 245,5 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 759,2 milyon manat təşkil edib.