2023-cü ilin yanvar-sentyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı beşinci yerdə dayanıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Bu dövrdə 88,5 milyon dollar dəyərində pambıq mahlıcı olunub.
Bu da ötən illə müqayisədə 58,6 milyon dollar və ya 58,6% azdır.
2022-ci ilin müvafiq dövründə isə 147,1 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunmuşdu.