“Son zamanların təcrübəsinə baxsaq, bir növ çərçivə xarakterli qanunların qəbul olunmasına daha çox üstünlük verilir”.
Eləcə də bax: Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri - MÜƏYYƏNLƏŞİR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.
O bildirib ki, tarix göstərdi ki, nə dərəcədə mükəmməl qanun yazsan belə, onun tətbiqində qurumların rolu çox böyükdür: “Konkret bu qanun layihəsinin unikal xüsusiyyəti var. Burada bir çox maddələrin praktikada icrasını təmin edən mexanizmlər qurulub, yaxud qurulmaqdadır. Qanunu hər dəfə təkmilləşdirmək kifayət qədər çətin işdir. Bu qanun uzun müddətdir ki, müzakirə edilir. İqtisadiyyat Nazirliyində biz innovasiyalarla bağlı paket hazırlamışıq, bir müddət əvvəl paket Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, həmin paket üzərində təkmilləşdirmə işləri gedir. Kiçik sahibkarlar üçün ayrıca maliyyə fondu da yaradılır, burada işlər tamamlanmaq üzrədir. Hazırda tənzimləmədə nəticənin əldə olunması üçün ünvanlılığın təmin olunması çox vacibdir. Bizim “Sahibkarlıq haqqında” qanunumuz var. Amma insanlar kimi o da qocalıb. Biz ona müəyyən dəyişikliklər edirik”. (Apa)