Növbəti ildən bir sıra vergi güzəştlərinin şamil olunduğu KOB klaster şirkətlərinin yaradılması istiqamətində əməli addımlar atılacaq.
KOBİA sədri: "Sahibkarlar bəyan edilən dəyərin geri ödənilməsində çətinliklərlə rastlaşırlar"
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim edilmə mərasimində deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə” təsdiq olunub: "Növbəti ildə planlarımızda mövcud dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, yeni təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur".
O. Məmmədov qeyd edib ki, KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktik bilikləri əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədə uğurla istifadə olunan pilot “Model müəssisə” layihəsinin növbəti il ərzində yekunlaşması nəzərdə tutulur.
O həmçinin bildirib ki, KOBİA mandatı çərçivəsində Qarabağın bərpası və KOB sektorunun işğaldan azad edilmiş ərazilərə qayıdışı istiqamətində fəaliyyətini davam etdirəcək.
O.Məmmədov vurğulayıb ki, qarşıdakı dövrdə də Qarabağın biznes potensialının yerli və xarici investorlar arasında təşviqi, bu bölgədə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlardan müraciətlərin qəbulu və ümumiləşdirilməsi, eləcə də bizneslərin yaradılması üçün zəruri əlaqələndirmə işləri təmin ediləcək. (Report)