Məlumdur ki, sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətə Azərbaycan respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.
Bu şirkətlər 7 il deyil, 10 il gömrük rüsumundan - AZAD OLUNUR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Gömrük islahatları: Çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
“Lakin bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə, bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar. Bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı”, - deyə O.Məmmədov əlavə edib. (Apa)