"Bu günə qədər Azərbaycanın rəmzinə çevrilən küçə yeməyi, yəni "street food"u yoxdur".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.
Bakıda «Bolt Food»la ən çox sifariş olunan yemək - LAVAŞDA ŞAURMADIR - 96 MİN DƏFƏ – BİR DƏFƏYƏ 37 YEMƏK DAŞINIB
O bildirib ki, Azərbaycanın küçə yeməyinin nəinki ölkədə, eyni zamanda Qafqazda və dünyada dəb halına salınması üzərində işləyirlər:
"Təbii ki, Azərbaycan yeməklərinin ənənədə qalmasının tərəfdarıyıq. Nənələrimizin bişirdiyi yeməklər dəyişdirilməməli, kiminsə ağız dadına uyğun formalaşdırılmamalıdır. Bu, milli irsdir və bunu qoruyuruq. Ona görə də bu yeməklərin pasportlarının çıxarılması prioritetdir.
Bununla belə yeni avadanlıqda, yeni formatda işləyə bilən aşpazların yetişdirilməsinə çalışırıq. Ümumiyyətlə, bu sahənin təkcə mətbəxt anlayışında qalmaması çox mühümdür. Bu, elmdir, bizim milli irsimizdir və hər bir azərbaycanlı bu sahədə xidmət etməlididir. Çünki bu daha çox patriatik sahədir". (Apa)