Vakansiya: Müştəri Şikayətlərinin İdarəolunması üzrə mütəxəssis
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
• Daxil olan bütün şikayətlərin standart formalarınnı yaradılması və müraciətlərin bu formalara uyğun yaradılmasına nəzarət etmək;
• Mərkəzləşmiş şikayət qeydiyyatı sisteminin yaradılması;
• Qeydiyyata alınmış şikayətlərin müvafiq bölmələr və şöbələrə yönləndirilməsi;
• Yönləndirilmiş qeydiyyatların həlli zamanının izlənilməsi və geridönüm etmək;
• Gündəlik statistik izləmə və təhlillər əsasında müştəri ehtiyaclarını müəyyən etmək və onun əsasında hesabatlar hazırlamaq;
• Şikayətlər üzrə təhlillər aparmaq, müştərilərlə sorğu-suallar keçirmək, bu təhlillərin əsasında böyük hədəf kütləsi ilə mübadilə strategiyasını yaratmaq;
• Müştəri şikayətlərini idarə etmək və ay sonu (həmçinin həftəlik) hesabat hazırlayıb rəhbərliyə təqdim etmək;
• Müştərilərin sorğu-suallarını, şikayətlərini məzmuna uyğun olaraq məsul şəxslərə və şöbələrə yönəltmək, həmin sorğuların cavablandırılmasına nəzarət etmək;
• Şikayətlər əsasında planlama üzrə təkliflər hazırlamaq və brend üzrə cavabdeh şəxslərlə bölüşmək.
Biz Siz təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Müştəri şikayətlərinin idarəolunması üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.07.2019