"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!
Vakansiya: Monitorinq üzrə mütəxəssis
Tələblər:
• Monitorinq sənədlərini tərtib etmək;
• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
Əsas vəzifələr:
• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Monitorinq üzrə mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur
Son tarix: 20.07.2019