Bu ilin il on ayı ərzində Azərbaycana ən çox gəlir gətirən məhsulların adı məlum olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı" jurnalının noyabr sayına istindən xəbər verir.
Məlumata əsasən ilk üçlükdə qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bundan başqa xarici ölkələrə 94,3 milyon dollarlıq meşə fındığı 151,9 milyon dollarlıq pambıq mahlıcı, 181,8 milyon dollarlıq karbamid, 51,5 milyon dollarlıq şaftalı, 46,2 milyon dollarlıq xurma, 44,6 milyon dollarlıq albalı və gilas satılıb.
Əvvəlki illə müqayisədə gəlirlər elektrik enerjsi 5,4 dəfə, pomidor 8,7%, qızıl, 20,6%, pambıq mahlıcı 54,7%, meşə fındığı 17,4%, karbamid 2,9 dəfə, şaftalı 57%, xurma 4,1%, albalı və gilas 7,2% daha çox gəlir gətirib.