Oktyabrda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin adı məlum olub.
FED.az bu barədə "İxrac İcmalı" jurnalınaın noyabr sayına istinadən xəbər verir.
Siyahıda birinci yerə Rusiya başçılıq edir. Bu ölkəyə ötən ay 94,1 milyon dollarlıq məhsul ixrac olunub.
İxracda ikinci yerdə Türkiyə dayanıb ki, bu ölkəyə ötən ay 44,1 milyon dollarlıq məhsul ixrac edilib.
26 milyon dollarlıq ixracla Gürcüstan 3-cü, 17,3 milyon dollarlıq ixracla İsveçrə dördüncü 11,8 milyon dollarlıq ixracla Lativa 5-ci yerdədir.
Əvvəlki illə müqayisədə ixrac gəlirləri Rusiya üzrə 11%, Gürcüstan üzrə 31,8%, İsveçrə üzrə 6,8%, Latviya üzrə 147,5 dəfə artıb, Türkiyə ilə ixrac gəlirləri 37,8% azalıb.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, Gürcüstana 266,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 129,8 milyon ABŞ dolları, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İxrac gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya üzrə 28,3%, Türkiyə üzrə 16%, Gürcüstan üzrə 62%, Qazaxıstan üzrə 12% artıb, İsveçrə üzrə 14,9% azalıb.