İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayı açıqlanıb.
FED.az icmala istinadən xəbər verir ki, ötən ay ərzində ən çox ixrac olunan mallar sırasında birinci yerdə xurma, ikinci yerdə elektrik enerjisi, üçüncü yerdə qızıl ixrac edilib.
Xurma satışından 29,5 milyon dollar, elektrik enerjisi satışından 28,5 milyon dollar, qızıl ixracından 16,9 milyon dollar gəlir əldə edilib.
Bundan başqa meşə fındığı 15,7 milyon dollar, karbamid 18,3 milyon dollar, nar satışı 10 milyon dollar, pambıq mahlıcı 9,7 milyon dollar gəlir gətirib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xurma satışından gəlirlər 2,1 dəfə, elektrik enerjsi üzrə 61%, qızıl ixracı 15,8%, meşə fındığı üzrə 63,5%, karbamid satışı üzrə 39,7%, nar satışı üzrə 28,2%, pambıq mahlıcı üzrə 2 dəfə artıb.