Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müştərilərini daim sərfəli və maraqlı kampaniyalarla sevindirməyə davam edir.
Eləcə də bax: Ərzaq məhsulları böyük endirimdə - “Möhtəşəm Çərşənbə”
FED.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq nümunəsi olduğu bu gözəl günlərdə “OBA” marketlər şəbəkəsi Türkiyə istehsalı olan 80-dən çox marka məhsullarına xüsusi endirimlər təklif edir. Müştərilər Türkiyə istehsalı olan brend məhsulları 27 %-dək endirimli qiymətlərlə və ya “2+1” hədiyyəli kampaniya çərçivəsində əldə edə bilərlər.
Noyabrın 2-dən başlayan və 8-dək davam edəcək kampaniya çərçivəsində Türkiyə bazarının lider markaları və müştərilərimiz tərəfindən sevilən bir çox brend məhsullar : “Arfix”, “Arko”, “Molfix”, “Molped”, “Persan”, ”Kent”, “Türk Chef”, “Cihan”, “Ozmo”, “İçim”, “Eti”, “Ülkər”, “Şölen”,”Elvin”, “Kırlangıç”, “Önləm”, ”Pınar”, “Bingo”, ”Papia”, “Gül”, “Activex”, “Evden”, “Sabah”, “Papilion”, “Baldağ” və digər bir çox məşhur marka məhsulları alıcılara xüsusi endirimli qiymətlərlə təklif olunur.
Həmçinin, mütəmadi olaraq “OBA” marketlərində həyata keçirilən və ənənəyə çevrilən üç kampaniya mövcuddur. Bu kampaniyalara “həftəsonu”, “həftəiçi” və yalnız hər həftənin çərşənbə günü qüvvədə olan “möhtəşəm çərşənbə” kampaniyaları daxildir.
Qeyd edək ki, kampaniya 800-dən çox marketi olan bütün “OBA” marketlərində keçərlidir.