“OBA” marketlərində “Möhtəşəm Çərşənbə” adlı yeni endirim kampaniyası başlayır.
Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müştərilərini daim sərfəli və maraqlı kampaniyalarla sevindirməyə davam edir.
Hər zaman müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi hər həftə davam edən həftəiçi və həftəsonu endirimləri ilə yanaşı, yeni “Mötəşəm Çərşənbə” adlı növbəti endirim kampaniyasına start verir.
“Möhtəşəm çərşənbə” kampaniyası çərçivəsində müştərilər hər həftənin çərşənbə günü “OBA” marketlərinə gələrək xüsusi ilə seçilmiş 80-dən çox məşhur marka məhsullarını 33 faizədək endirimli qiymətlərlə əldə edə bilərlər.
Sözügedən kampaniya çərçivəsində alıcılar 1300 qramlıq “Frozen Chichen Cirina” donmuş toyuğu 3 manat 75 qəpiyə, 1 kiloqramlıq “Tac Mahal” düyüsünü 1 manat 99 qəpiyə, 1 kiloqramlıq “Himalay Basmati” düyüsünü 2 manat 49 qəpiyə, 1.8 litrlik “Zateya” günəbaxan yağını 4 manat 69 qəpiyə, 200 qramlıq “Tess Sunrise” qara çayını 3 manat 79 qəpiyə, 370 qramlıq “Korenovskaya Varenka” qatılaşdırılmış südü 1 manat 9 qəpiyə, 750 qramlıq “Safran” süfrə duzunu isə cəmi 29 qəpiyə əldə edə bilərlər.
Həmçinin, 400 qramlıq “Lovbe” yuyucu tozunun və 150 qramlıq “Ruskiy Biskvit” şokoladlı ruletinin ikisini alana biri hədiyyə edilir.
“OBA” marketlər şəbəkəsinin endirimdə olan məhsulları haqqında ətraflı məlumat almaq üçün obamarket.az saytına daxil ola bilər və ya yeni istifadəyə verilən “Telegram” kanalını izləyə bilərlər.
“OBA” bazarlıq etmək hərtərəfli sərfəlidir. Elimizin hər yanı, “OBA”mızın ünvanı.