Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və daima müştərilərini düşünən “OBA” marketlər şəbəkəsi “İlsonu endirimləri” adlı növbəti endirim kampaniyasına start verib.
Eləcə də bax: “Qarabağın bir parçası ol” layihəsinin qalibləri - Məlum Oldu
FED.az xəbər verir ki, dəyişərək inkişaf edən və sərfəli alış-veriş ünvanı olan “OBA” marketlər şəbəkəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini sevindirməkdə davam edir.
Dekabrın 21-dən 31-dək keçiriləcək “İlsonu endirimləri” kampaniyası çərçivəsində “OBA” marketlərində dekorativ yeni il oyuncaqları, meyvə-tərəvəz, süd məhsulları, konservlər, toyuq çeşidləri, paxla məhsulları, ədviyyat çeşidləri, çərəzlər, ədədli və çəkili şirniyyatlar, müxtəlif dəmləmə çayları, spirtli və spirtsiz içkilər, həmçinin təmizlik məhsulları alıcılara xüsusi endirimli qiymətlərlə təklif olunur.
Belə ki, müştərilər “OBA” marketlərinə gələrək 200-dən çox məhsulu 41 faizədək endirimli qiymətlərlə ala bilərlər.
Qeyd edək ki, kampaniya bütün “OBA” marketlərində məhsullar bitənədək keçərlidir.
“OBA” marketlər şəbəkəsinin yenilikləri barədə ətraflı məlumat almaq üçün Obamarket.az saytına daxil ola bilərsiniz.