Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan, milli dəyərlərə hər zaman önəm verən "OBA" marketlər şəbəkəsi bu dəfə "Qarabağın bir parçası ol" layihəsinə yekun vurub.
FED.az xəbər verir ki, 2-29 noyabr tarixlərində həyata keçirilən layihə çərçivəsində iştirakçılar Azərbaycan bayrağı ilə olan şəkillərini “OBA” marketlər şəbəkəsinə göndərərək layihəyə qoşulublar.
Həmin şəkillərdən istifadə edilərək Şuşa qalasının giriş qapısının mozaik mənzərəsi hazırlanıb və bir çox “OBA” marketlərinin girişində asılıb. Həmçinin, layihənin şərtlərinə uyğun olaraq seçilən 50 şəkil sahibinə müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
“OBA” marketlər şəbəkəsi bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir, həmişə ordumuzun və xalqımızın yanındadır.