"Gemza Group" (VÖEN 1501971381) MMC "Novochem-Azerbaijan" MMC-nin (VÖEN: 1701920201) ona qoşulması nəticəsində yenidən təşkil edilir.
FED.az xəbər verir ki, "Gemza Group" Məhdud Məsuliyyətli Cəmiyyəti "Novochem-Azerbaijan" MMC-nin hüquqi varisidir.
Qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, "Novochem-Azerbaijan" MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələri "Gemza Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
Qeyd edək ki, "Gemza Group" MMC 13 yanvar 2012-ci ildə yaradılıb,2 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Kənan Aslanov Oqtay oğludur. Hüquqi ünvanı Az1040, Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov Qəs.), Ev 3h, Məh.2575 ünvanıdır.
"Novochem-Azerbaijan" MMC 10 mart 2016-cu ildə yaradılıb, 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Könül Əliyeva Asif qızıdır. Hüquqi ünvanı Az1025, Bakı Şəhəri Xətai Rayonu, 8 noyabr ev 15m 154 məh 1212 ünavnıdır.