«Nestle»nin baş icraçı direktoru Mark Şnayder əsas ərzaq məhsullarının bu il də bahalaşacağını etiraf edib.
"Nestle" Rusiyadakı biznesini tamamilə dayandırmağı planlaşdırmır
FED.az xarici mətbuata istinadən xəbər verir ki, Schneider izah edib ki, ərzaq inflyasiya səviyyəsi bazardan asılı olaraq dəyişəcək. «Nestle»nin top menecerinin sözlərinə görə, məhsulların maya dəyərinin artması ssenarisi “istehsal məsrəflərinin inflyasiyası buna haqq qazandırarsa” reallaşar. Schneider-in sözlərinə görə, ərzaq bazarındakı ən böyük şirkətlər indi ümumi gəlirlərini bərpa etməyə davam edirlər.
Şnayder qeyd edib ki, ərzaq inflyasiyasından təkcə istehlakçılar deyil, həm də bizneslər zərər çəkib. Hazırda şirkətlər onlara dəyən zərəri kompensasiya etməyə çalışırlar. Onun sözlərinə görə, ötən il «Nestle» məhsulları 8,2% bahalaşsa da, bu qiymət artımı məhsulların maya dəyərinin artımını kompensasiya etmək üçün kifayət etməyib.