Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”nın metal konstruksiyalarının sökülməsinə başlanılıb.
FED.az bildirir ki, bu barədə Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Eləcə də bax: «Nəsimi Bazarı» fəaliyyətini – DAYANDIRIR
Bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, onun əsas (örtülü) hissəsinin sökülməsinə artıq başlanılıb.
“Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir, görünür, burada da yeni tikililinin inşası gözlənilir”, - Nəsimi RİH-dən bildirilib.
1news.