Bakının tanınmış ticarət məkanlarından olan “Nəsimi Bazarı” ASC fəaliyyətini müvəqqəti dayandıracacq.
FED,az xəbər verir ki, bu bazarın səhmdarlarının iyunun 18-də keçiriləcək ümumi yığıncağında müzakirə olunacaq.
Eləcə də bax: Bazar və yarmakalar belə işləyəcək – KORONAVİRUS QAYDALARI
2020-ci il iyunun 18-də “Nəsimi Bazarı” ASC səhmdarlarının illik ümumi yıgıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər: 1. 2019-cu il üçün maliyyə hesabatının müzakirəsi.
2. İdarə heyəti üzvlərinin seçilməsi.
3. Təmir-tikinti işləri ilə əlaqədar “Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması.
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Yığıncaq Bakı şəhəri, Azadlıq prospekti 100 ünvanda keçiriləcək.