2 aprel 2024-cü il saat 11.00-da “Neftmaştəmir” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, icclasın keçiriləcəyi ünvan - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52. ünvanıdır.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Səhmdar cəmiyyətin 2023-cü ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2023-cü il üzrə illik hesabatlarının təsdiqi.
2. Müəssisənin gəlir və zərəri haqqında məlumat
3. ASC-nin nizamnaməsində qismən dəyişikliklər edilməsi barədə.
4. Təşkilati məsələ - ASC-nin müşahidə şurasının sədr və üzvlərinin yenidən seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonları - (012) 550 27 86, (012) 550 33 00.