“Bayraktar Grup Sağlık Turizm Limited” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 BAKI şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 17 ünvanına bildirə bilərlər.
Bildirək ki, bu filial Azərbaycanda ötən ilin may ayının 26-da dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ədalət Hüseynov Nadir oğludur.