“Bank VTB (Azərbaycan)” ASC-də yeni təyinat olub.
Eləcə də bax: Təcrübəli anderrayter “AtaSığorta”nı seçdi – YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Günel İmanova Klirinq şöbəsinə müdir təyin edilib.
G.İmanova 2019-cu ilin sentyabrından 2020-ci ilin dekabrna qədər “Yelo Bank”da şöbə müdiri kimi çalışırdı.
O, bank işinə ilk olaraq “Texnika Bank”da başlasa da, sonradan “AFB Bank”da və “AccessBank”da da çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vergi hüququ üzrə magistr dərəcəsinə sahibdir.