Azərbaycan şirkətlərini investorlara təklif etdiyimiz müxtəlif vasitələrdən yararlanmağa dəvət edirik.
Gitanas Nauseda: "Litva Azərbaycan iş adamlarının sərmayəsinə açıqdır"
FED.az xəbər verir ki, bunu Litva Respublikasının iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte Vilnüsdə keçirilən Azəbaycan-Litva biznes-forumunda deyib.
"İnvestorlar üçün şəraitin yaxşılaşdırılmasının və birbaşa xarici investisiyalar sahəsində siyasətimizin tərəfdarıyıq. Bu sahələrə qabaqcıl istehsalat, tibb-biologiya sahəsi, informasiya-kommunikasiya texnologiyaları və maliyyə texnologiyaları daxildir", - o deyib.
Armonayte qeyd edib ki, söhbət fintex şirkətlərdən gedirsə, bu sahədə Vilnüs Aİ-də bir nömrəli paytaxtdır.