Litva Avropa dövlətləri arasında Rusiyanın enerji asılılığından tamamilə qurtulan ilk ölkələrdən oldu.
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla - ÇIXIŞ EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Litva-Azərbaycan Biznes Forumunun açılışında Litva Respublikasının Prezidenti Gitanas Nauseda deyib.
Prezident Nauseda bildirib ki, bu gün ölkənin enerji ilə bağlı əsas strategiyası bərpaolunan enerji mənbələrindən enerjinin əldə olunmasına yönəlib.
O əlavə edib ki, Litva Azərbaycan iş adamlarının bu ölkəyə sərmayəsinə açıqdır.
"Mən inanıram ki, bizim əməkdaşlığımız və xalqlarımız arasında təmaslar yalnız iqtisadi sahədə deyil, həmçinin elm, təhsil və mədəniyyət sahələrində də olmalıdır. Bu biznes forum əməkdaşlığımızda doğru istiqamətdə bir addım olsun", - Litva Prezidenti əlavə edib. (Apa)