“Naxpropert-4” MMC və “Naxproperty-S1” MMC ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, “Naxproperty-S1” MMC 31.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şəfa Tağıyeva Nağı qızı, “Naxpropert-4” MMC isə 30.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vaqif Əliyev Əli oğludur.
Qeyd edək ki, “Naxproperty-S1” MMC-nin nizamnamə kapitalı 156 min 100 manat, “Naxpropert-4” MMC-nin nizamnamə kapitalı isə 916 min manatdır. (Apa)