9 avqust 2023-cü il saat 15.00-da “Azərrabitəinşaat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Bakı, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda yerləşən inzibati binada keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə daxildir:
1. “Azərrabitəinşaat” ASC-nin 2022-ci ilin yekunları üzrə maliyyə fəaliyyətinin müzakirəsi və təsdiq edilməsi.
2. “Azərrabitəinşaat” ASC-nin icra orqanının formalaşdırılması.
3. “Azərrabitəinşaat” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi.
4. “Azərrabitəinşaat” ASC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi.
“Azərrabitəinşaat” ASC səhmdarlarının ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvana müraciət etmək lazımdır.
Telefon - 0503345050.