Naxçıvan Muxtar Respublikasında biznes qurmaq istəyən qadınlara işə başlamaq üçün sərmayə verilib.
Eləcə də bax: Azərbaycanda bəzi şirkətlərə işləmək və ləğv edilmək - QADAĞAN OLUNACAQ – YENİ QƏRAR
FED.az xəbər verir ki, Muxtar Respublikanıne Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində həyata keçirilən təlimlərdə öz maraqlı biznes-planı ilə fərqlənən Culfa, Ordubad, Babək rayonlarının qadınlarına sərmayə kapitalı verilib.
Layihə çərçivəsində qadınlara “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 12 təlim keçirilib. Təlimlərdə 319 qadın iştirak edib. Biznes planı ilə fərqlənən 63 qadına sərmayə kapitalı verilib ki, bu gün artıq keçirilən üçüncü tədbirdə Culfa, Ordubad və Babək rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 19 qadına müvafiq müqavilələr və aktivlər paylanılıb. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatlarını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik sahəsi ilə məşğul olmaları və ya inkişaf etdirmələri üçün verilib. Qadınlardan 9-u maldarlıq, 4-ü heyvandarlıq, 3-ü toxuculuq, 3-ü dərzilik sahəsi ilə məşğul olacaq.
Tədbirdə qadınlara, ümumilikdə, 18 baş xırdabuynuzlu, 10 baş iribuynuzlu, 2 overlok maşın, 2 hana, 60 metr parça, 240 bağlam sap, muncuq və digər lazımi ləvazimatlar verilib.
Qeyd edək ki, layihə çərçivəsində Naxçıvan şəhərindən 9, Şərur rayonundan 8, Babəkdən 14, Culfadan 9, Ordubaddan 3, Kəngərlidən 6, Şahbuzdan 8, Sədərəkdən 6 qadın olmaqla, ümumilikdə, 63 qadına, 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib.