Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, satış əməliyyatlarının nağdsız qaydada aparılması halında, 2019-cu ildən müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər hansılardır?
ELƏCƏ DƏ BAX: "Azərbaycanda sahibkarlar əslində – BAŞQASININ PULLARINI IŞLƏDIR"
FED.az-ın məlumatına görə, 2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti ilə məşğul olan gəlir vergisinin ödəyicisi fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli gəlir vergisinin məbləği 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Əsas: Vergi Məcəlləsi, 102.1.24-cü maddə
MİSAL:
Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği
60 manat (1.000 – 700 = 300 x 20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği
48 manat (800 (nağdsız dövriyyə) / 1.000 (ümumi gəlir) = 0,8 (xüsusi çəki) 0.8 x 25% = 0.2 x 60 = 12 manat) təşkil edir.
Nağdsiz satış əməliyyatlarına güzəştlər belə hesablanacaq - NÜMUNƏ
19:17
30 Yan 2019