Səyahət və turizm sahəsində Azərbaycan şirkətlərinin 64 faizi Asiya ilə, 58 faizi Avropa ilə, 27 faizi postsovet ölkələri ilə, 26 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 31 faizi Şimali və Cənubi Amerika ilə,14 faizi Avstraliya və Okeaniya ilə, 8 faizi isə Afrika ilə çalışır.
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Mərkəzinin (ITC – International Trade Center) əməkdaşı Paula Kastenada Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Nəqliyyat və logistika sahəsində şirkətlərin 59 faizi Asiya ilə, 57 faizi Avropa ilə, 15 faizi postsovet məkanı ilə, 18 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 10 faizi Amerika ilə, 4 faizi Avstraliya və Okeaniya ilə və 2 faizi Afrika ilə çalışır.
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda şirkətlərin 33 faizi Asiya ilə, 67 faizi Avropa ilə, 5 faizi postsovet ölkələri ilə, 5 faizi Şərqi Asiya və Sakit Okean regionu ilə, 8 faizi Amerika ilə, 8 faizi Avstraliya və Okeaniya ilə və 2 faizi Afrika ilə çalışır", - deyə o qeyd edib. (Trend)