“Mingəçevir Maşın Təmir” ASC (VÖEN: 2700235941) ləğv olunur.
FED.az xəbər verir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 10:00 təyin olunub. İclas, AZ4501, Mingəçevir şəhəri Gəncə şossesi, 17 ünvanda keçiriləcək.
mumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. “Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;
2. “Mingəçevir Maşın Təmir” ASC -nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək;
3. “Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək;
4. “Mingəçevir Maşın Təmir” ASC -nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi.
Xatırladaq ki, “Mingəçevir Maşın Təmir” ASC 14.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 611 052 manatdır. Qanuni təmsilçisi Mobil Əzizov Əmir oğludur.
Hüquqi ünvanı Az4500, Mingəçevir Şəhəri, Mingəçevir Şəhəri, Gəncə Şossesi ünvanında yerləşir.