“Yevlax Kənd Təchizat” ASC (VÖEN: 2200077471) və “Yevlax-Mərkəzi Bazar” ASC (VÖEN: 2200069371) ləğv olunur
FED.az xəbər verir ki, “Yevlax Kənd Təchizat” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. İclas, Yevlax şəhəri Nizami küçəsi ev 2 ünvanda keçiriləcəkdir.
Cəmiyyətin səhmdarlarının həmin iclasda iştirak etməyi zəruridir.
Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;
2. “Yevlax Kənd Təchizat” ASC-nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək;
3. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək;
4. “Yevlax Kənd Təchizat” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi.
“Yevlax-Mərkəzi Bazar” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunub. İclas, Yevlax şəhəri Fizuli küçəsi ev 10 ünvanda keçiriləcək.
Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır:
1. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;
2. “Yevlax-Mərkəzi Bazar” ASC-nin Ləğvetmə Komissiyasının tərkibini təsdiq etmək;
3. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsinin müddətini müəyyən etmək;
4. “Yevlax-Mərkəzi Bazar” ASC-nin səhmlərinin dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi.
Qeyd edək ki, “Yevlax Kənd Təchizat” ASC 05.01.1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 689 916 manatdır. Qanuni təmsilçisi Mirtofiq Bəşirov Faxrəddin oğludur.
Hüquqi ünvanı Az6600, Yevlax Rayonu, Yevlax Şəhəri, Nizami, ev 02-də yerləşir.
“Yevlax-Mərkəzi Bazar” ASC 25.12.2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 130 376 manatdır. Qanuni təmsilçisi Elnur Əzizov Famil oğludur.
Hüquqi ünvanı Az6601, Yevlax Rayonu, Yevlax Şəhəri, Füzuli, ev 10-da yerləşir.