Dünyanın ən zəngin insanları qeyri-sabit iqtisadiyyat səbəbi ilə yaxta almağı azaldıblar.
FED.az xəbəbr verir ki, bu barədə “Bloomberg” məlumat verir.
Eləcə də bax: Azərbaycanlı milyarderin aktivləri - DONDURULA BİLƏR
Nəşr bildirir ki, bəzi kateqoriyalardan olan lüks əşyalara tələbat əvvəlki illə müqayisədə yeddi faiz azalıb. Eyni zamanda, “SuperYacht Times”ın hesablamalarına əsasən, “Heesen Yachts” istehsalçısı 2018-ci ildə 199, 2019-cu ildə isə 102 “Conboy” yaxtası satıb.
Qeyd edək ki, yaxtalara marağının azalmasına ABŞ-Çin arasında ticarət razılaşması, Böyük Britaniyada “Brexit” haqqında, eləcə də digər xəbərlər təsir edib. Bununla yanaşı, ekspertlərin proqnozuna əsasən, 2020-ci ildə ABŞ-da prezident seçkiləri başlayanda bu sahədə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.
Noyabrın 8-də məlum olmuşdu ki, 2018-ci ildə milyarderlərin sərvəti 4,3 faiz, yaxud 388 milyard dollar azalaraq 8,5 trilyon dollara çatıb. Hamıdan çox Asiya-Sakit okean regionundan olan milyarderlər zərər görüblər, belə ki, onların sayı 7,4 faiz azalıb. Bununla yanaşı, Şimali və Cənubi Amerikada milyarderlərin sayı artıb.
Oxu