Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.
FED.az xəbər verir ki, buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.
Eləcə də bax: Azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar - TƏLƏB ETDİLƏR
Belə ki, 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini - təxminən 450 milyon funt sterlinq verməli idi.
Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.
"Modern"