21 dekabr 2020-ci tarixində Göyçayda fəaliyyət göstərən Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “AzNar”ın səhmdarlarının yığıncağı təxirə salınıb
FED.az xəbər verir ki, ölkədə mövcud olan xüsusi karantin rejimininmüddəti uzadıldığı təqdirdə Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının ümumi yığıncağı onlayn formatda keçiriləcəkdir.
Növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. Teymur Əhmədov adına “AzNar” QSCnin 2019-cu il üçün illik (maliyyə) hesabatları barədə.
2.Teymur Əhmədov adına “AzNar” QSCnin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.
3. Teymur Əhmədov adına “AzNar” QSC-yə bank kreditlərinin cəlb edilməsi barədə.
4. Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnamə kapitalı barədə.
5. Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.
6. Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.
7. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.
Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı azərbaycan əsilli milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.
"Aznar" Göyçayda zavoda və nar bağlarına malikdir. Şirkət "Grante" nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.