Azərbayacanda xüsusi karantin rejiminin dekabrın 1-i, saat 06:00-a qədər uzadılması ilə əlaqədar olaraq Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının noyabrın 6-na nəzərdə tutulmuş növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb.
FED.az xəbər verir ki, yığıncaq xüsusi karantin rejimi bitdikdən sonra keçiriləcək.
Əlavə məlumat veriləcək və səhmdarlara bildiriş göndəriləcək.