Milli Kart MMC (VÖEN: 1400980591) nizamnamə kapitalının azaldığını elan edir.
FED.az xəbər verir ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, A. Mustafayev 5A ünvanına bildirə bilərlər.
Şirkətin nizamnamə kapitalını nə qədər azaltdığı isə məlum deyil.
Bildirək ki, “MilliKart” MMC 2006-cı ildə yaradılıb və 6 milyon manat nizamnamə kapitalına malikdir.