Azərbaycanda “Milla” süd məhsulları brendi istehsal edən “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 45.58 mln. manat və ya 24.3% artırılıb.
FED.az xəbər verir ki, bununla da şirkətin nizamnamə kapitalı 233.21 manata yüksəlib.
Xatırladaq ki, “Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP CO. LTD” MMC 2006-cı ildə yaradılıb. Şirkət 2023-cü ildə adını “Milla Dairy” MMC kimi dəyişib (Banker.az).